“ABŞ həmişə haranı isə tərk edəcəyini bəyan edib, amma...” - Rusiyadan ŞOK AÇIQLAMA

Baxış sayı:
7318

Türkiyənin Suriyada terrorçular tərəfindən işğal edilmiş ərazilərində keçirməyi planlaşdırdığı “Sülh bulağı” əməliyyatı ərəfəsində Kremlin mətbuat xidmətinin başçısı Dmitri Peskovun verdiyi açıqlamada ABŞ-ın onlara hərbçilərini çıxarmaq barəsində məlumat vermədiyi, Amerika qüvvələrinin Suriyanın şimalını tamamilə tərk eləməsinin hələlik müşahidə edilmədiyi bildirilir.

Rusiya prezidentinin mətbuat katibi jurnalistlərin sualına cavabında deyib: “Bizə bu barədə tərəflərdən heç biri məlumat verməyib. Lakin biz hələ bilmirik ki, oradan hansı hərbçilər çıxarılır, nə qədər hərbçi çıxarılır və ümumiyyətlə, çıxarılırmı və s. Bilirsiniz ki, ABŞ dünyanın müxtəlif hissələrindən hərbçilərini çıxaracağı barəsində müxtəlif açıqlamalar verir və bu açıqlamalar indiyə kimi öz təsdiqini tapmayıb. Ona görə də biz hadislərin inkişafını çox diqqətlə müşahidə edirik”.

Bazar günü Vaşinqton ABŞ Silahlı Qüvvələrinin Türkiyənin Suriyanın şimalında aparacağı əməliyyatda iştirak eləməyəcəyini və əməliyyatın keçirildiyi rayonu tərk edəcəyini bəyan eləmişdi. ABŞ prezidenti Donald Trampın türk həmkarı R.T.Ərdoğanla telefon danışığından sonra Ağ Evin rəsmi internet saytında dərc edilən açıqlamada bildirilir ki, İŞİD terror qruplaşmasının Birləşmiş Ştatlar tərəfindən məğlub edilməsindən sonrakı iki il ərzində əsir götürülmüş bütün yaraqlılara görə indən belə Türkiyə məsuliyyət daşıyacaqdır./Hurriyyet.org