​ABŞ HHQ Somalidə terrorçularının mövqelərinə ZƏRBƏLƏR ENDİRİB

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Somalidə İŞİD terrror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.
Muxalifət.az-in "İnterfax"a isitnadən verdiyi məlumata görə, Kandala şəhərinin Buka adlanan ərazisinə azı 6 zərbə endiriblər.
Məlumata əsasən, hava zərbələri nəticəsində qruplaşmanın regiondakı bir neçə rəhbəri öldürülmüş ola bilər.
Somali hərbçiləri hava zərbələrinin endirildiyini təsdiq ediblər, lakin ABŞ Silahlı qüvvələrinin Afrika komandanlığı bu barədə məlumatı şərh etməyib.