ABŞ heyəti Türkiyəyə “Xüsusi Suriya xəritəsi” ilə gəlir

Baxış sayı:
10720

ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarından sonra Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton, baş qərargah rəisi Yozef Dunford və İŞİD-la Mübarizə Koalisiyası Xüsusi Nümayəndəsi olaraq təyin olunan Ceyms Cefrinin sabah Türkiyədə olması gözlənilir. ABŞ rəsmiləri Ankaranın terror təşkilatı İŞİD ilə mübarizə üçün tələblərini müzakirə ediləcək. Türkiyə sözügedən səfəri gözləyərkən ABŞ-dakı qəzetlərdə, heyətin "xüsusi xəritə” ilə gələcəyi xəbərləri yer alıb. ABŞ rəsmilərinin, "yeni Sykes-Picot” olaraq adlandırdığı bu tək tərəfli xəritəyə Türkiyənin qəti olaraq isti yanaşmayacağı, birtərəfli hazırlanmış bir xəritəni tezbazar qəbul etməyəcəyini vurğulanıb. Sözügedən səfər öncəsi ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik müşaviri Con Bolton İsraildə bir qalmaqal açıqlama verib. Bolton Türkiyənin Vaşinqtonla tam əməkdaşlıq etmədiyi müddətcə Suriyada hər hansı bir hərbi əməliyyat keçirməsini istəmədiklərini deyib və PKK-nın uzantası PYD/YPG-ni nəzərdə tutaraq əlavə edib: Türkiyənin Kürdləri qorumaq üçün təminat verdiyi təqdirdə ABŞ-ın güclərini Suriyadan çəkəcəyini və bunun Trampın tələbi olduğunu deyib. Amerikanın “Wall Street Journal” (WSJ) qəzetində çıxan xəbərlərə görə, ABŞ rəsmiləri Türkiyənin terror təşkilatı PKK-nın davamı PYD/YPG-nin yerləşdiyi regiona girməsini istəmir, bu səbəbdən Suriyanın şimal-şərqi ilə bağlı rəngli bir xəritə hazırlayıblar. Qəzetin xəbərində yer alan Amerikalı qaynaqlar Türkiyənin İŞİD- qarşı müharibədə əsas məsuliyyəti almaq üçün ABŞ-dan hava hücumları, lojistik və nəqliyyat məsələlərində mühüm hərbi dəstək tələb etdiyini deyib. WSJ, ABŞ rəsmilərinin Türkiyənin tələblərinin tam ödənildiyi təqdirdə ABŞ-ın Suriyadakı hərbi varlığını çəkməsi əvəzinə, bölgədəki hərbi mövcudluğunu gücləndirməsi lazım olacağı fikirində olduğunu yazıb. TƏQVİM BƏLLİ DEYİL Türkiyənin xüsusilə İŞİD-a qarşı hava dəstəyi tələbinin qarşılanmasının çətin bir tələb olduğu bildirilən xəbərdə, detalların ABŞ rəsmilərinin sabah Ankaradakı görüşündə müəyyən olunmasının gözlənildiyi yer alıb. Xəbərə görə, ABŞ-lı bir səlahiyyətli Amerikalı əsgərlərin Suriyadan çəkilməsinə qarşı sabit bir təqvim müəyyən olunmadığını, ancaq Trampın həftələr ərzində əsgərlərin bölgədən çəkilələcəyinə dair qrupundan təminat aldığını söyləyib. ABŞ-ın İŞİD-a qarşı müharibədə əsas məsuliyyəti Türkiyəyə verməsinə yönəlik strategiyada hər hansı bir dəyişiklik baş vermədiyi bildirilən xəbərdə, ad vermədən Amerikalı nümayəndələrə əsaslandırılaraq Türkiyənin təpkisinə səbəb olacaq bəzi ifadələrə yer verilib. PYD-yə İŞİD FORMULU Xəbərdə, ABŞ-lı bir rəsmiyə əsaslandırılaraq, Türkiyənin PYD/YPG-nin əlində olan yerlərə girmədən İŞİD-a qarşı mübarizə aparmasına yönəlik bir formul üzərində çalışdığı bilgisi də diqqət çəkib. Xəbərə görə, xüsusi nümayəndə Cefri, "Türkiyənin Suriyanın şimalında terror təşkilatı YPG-nin əlində saxladığı sahələrə girmədən İŞİD ilə mübarizə etməsi məsələsində bir formul axtarışındayıq” deyib. ABŞ-dan TERROR QALXANI Xəbərə görə, Cefri və ABŞ Dövlət Departamenti qrupu Türkiyənin PYD/YPG-YƏ müdaxiləsini əngəlləmək və regiondakı güc bölgüsünü müzakirə etmək üçün rəngli bir xəritə hazırlayıb. Keçmiş bir ABŞ rəsmisi sözügedən xəritəni Birinci Dünya Müharibəsindən sonra Fransa və İngiltərənin Yaxın Şərq üçün hazırladığı xəritəyə bənzədərək "Sykes-Picot” deyə xarakterizə edib. XƏRİTƏ RƏSMƏN TƏQDİM OLUNMAYIB ABŞ mətbuatında çıxan xəbərlərdə göstərilən "xəritənin” rəsmən Türkiyəyə təqdim olunmadığı qeyd edilərkən Türkiyənin təkid edildiyi təqdirdə mövqeyini dəqiq şəkildə ortaya qoyacağına işarə edilib. ABŞ rəsmilərinin çərşənbə axşamında baş tutacaq görüşlərə hazırlıqlı gələcəkləri, ancaq bu hazırlığın da Türkiyə tərəfindən qeyd-şərtsiz qəbul ediləcəyi anlamına gəlmədiyi bildirilib. Türkiyənin bu günə qədər olduğu kimi, həssaslıqlarını dəqiq şəkildə ortaya qoyacağı və regionda qəbul etməyəcəyi bir vəziyyətə razı olmasının mümkün olmayacağını ABŞ tərəfinin də anlaya biləcəyi qeyd edilib. Türkiyənin belə bir vəziyyət qarşısında davrınışı “Türkiyə birtərəfli hazırlanmış bir xəritəni tezbazar qəbul etməyəcəkdir" şəklində ifadə edilib. SYKES-PICOT NƏDİR? Birinci Dünya Müharibəsi əsnasında İngilis diplomat Mark Sykes və Fransız diplomat Fransua Georges-Picotun imzaladığı, Rusiyanın da razılığı daxilində 9-16 may 1916-da imzalanan Sykes-Picot Müqaviləsi, Yaxın Şərqin bölüşdürülməsini təmin edən və sərhədləri cızan gizli xarakterli bir anlaşma idi. Müxalifət.az