ABŞ heyəti Ərdoğan-Putin görüşü ilə maraqlanıb

Baxış sayı:
4870

ABŞ-dan gələn nümayəndə heyəti Ankarada çox həlledici görüşlər keçirib. Türkiyə mesajlarını dəqiq şəkildə verərkən, Trampın Amerikan əsgərlərini Suriyadan çəkmə qərarından sonra necə hərəkət edəcəyinə dair hər hansı bir yol xəritəsi təqdim etməyib ABŞ heyəti.
 
 Görüşün detallarını prezident sözçüsü İbrahim Kalın mətbuat konfransında bəyan etdi, ancaq pərdə arxasında ABŞ rəhbərliyində yaşanan fikir ayrılıqları, qurumlar arasındakı rəqabət və maraqlardakı fərliliklər, çəkilmədən sonra konkret bir planın olmadığı ortaya çıxıb. Görüşdə ABŞ nümayəndə heyəti Türk nümayəndə heyətinin sualına cavab olaraq Suriyadan çəkilmə prosesinin 4-5 ay davam edəcəyini söyləyib. Çəkilmə prosesinin ləngiməsində İsrailin baş naziri Netanyahunun Tramp üzərində təsirinin olduğu aydındır. Türk nümayəndə heyəti haqlı olaraq, "Çəkilmədən sonra nə olacaq" deyə soruşsa da, ABŞ nümayəndə heyəti bu məsələdə bir plan, ya da təklif ortaya qoya bilməyib.
 
PUTİN-ƏRDOĞAN GÖRÜŞÜNÜ SORUŞDULAR
 
 ABŞ nümayəndə heyəti bir təklif və ya plan təqdim edə bilmədikləri kimi, prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında planlaşdırılan görüşlə maraqlanıblar. Çəkilmədən sonra Suriya sahəsindəki vəziyyətə dair iştirakçı ölkələrin ortaq bir yol xəritəsi olacaqsa, bunu görmək istədiklərini bildiriblər. Türk nümayəndə heyəti isə ABŞ ilə aparılan bu danışıqlardan çıxacaq nəticənin Rusiya görüşünün məzmununu müəyyən edəcəyini, buradan çıxacaq bir planla Rusiyaya gediləcəyini vurğulayıb. ABŞ heyəti bu məsələdə də yenə susmağa üstünlük veriblər.
Müxalifət.az