ABŞ-ın hədəsi boşa çıxdı! MÜQAVİLƏ İMZALANDI

Baxış sayı:
10954

 ABŞ-ın sanksiya tətbiq edəcəyi ilə bağlı hədəsinə baxmayaraq Hindistan rəhbərliyi, Rusiya ilə S-400 hava raket müdafiə sistemlərinin alınması üçün 5.4 milyard dollarlıq rəsmi müqavilə imzalayıb
 
Rəsmi imza mərasimi Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı həyata keçirilib.
Hindistanın S-400-lər üçün Rusiyaya 5.4 milyard dollar ödəyəcəyi bildirilib.
Qeyd edək ki, Vaşinqton rəhbərliyi bir müddət əvvəl Çin ordusuna Rusiya silahları aldığı üçün sanksiya tətbiq etmiş, Hindistan rəhbərliyini də S-400-ləri aldığı təqdirdə sanksiya tətbiq etməklə hədələmişdi.
Müxalifət.az