ABŞ-ın hədəfində olan mərkəzdə müəmmalı yanğın

Baxış sayı:
8515

İranlı Tələbələr Xəbər Agentliyi İSNA Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cehromi-yə istinadən Tehranın mərkəzindəki Kosmos Nəqliyyat Sistemləri İnstitutunda qeyri-müəyyən səbəblərdən yanğın çıxdığını açıqlayıb.
 
Cehromi binadakı əməkdaşların inqilabın ildönümü üçün tədbir proqramına qatıldığı zaman yanğın başladığına görə yanğın hadisəsini kimsənin hiss etmədiyini bildirib. Çehromi yanğında 3 nəfər əməkdaşın öldüyünü deyib.
Ancaq iranlı nazir həyatını itirən şəxslərin adlarını və yanğının nə zaman başladığını açıqlamayıb.
 
ABŞ təpki göstərmişdi
 
Qeyd edək ki, İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstərən Kosmos Araşdırma Mərkəzinin işləri Vaşinqtonun təpkisinə səbəb olmuşdu. Tehranın peyk fəaliyyətini ballistik raket proqramının bir hissəsi olduğunu bəyan edən ABŞ rəhbərliyi, İranı peyk buraxma da daxil olmaqla, bütün ballistik raket fəaliyyətlərini dayandırmağa çağırmışdı.
Xatırladaq ki, yanvarın 15-də İran yerli istehsal "Peyam" peykini kosmosa buraxdı, lakin orbit mərhələsi uğursuz oldu. Cehromi son zamanlarda mülki məqsədlər üçün yeni bir peyk buraxmağa hazırlaşdıqlarını açıqlayıb.
Müxalifət.az