ABŞ-ın hədəf aldığı "Huavey" Rusiya ilə razılaşdı

Baxış sayı:
1663

ABŞ-ın qara siyahıya saldığı Çin nəhəngi “Huavey” 5G texnologiyasının inkişafı üçün Rusiyanın telekommunikasiya şirkəti MTS ilə razılığa gəlib. Muxalifet.az xəbər verir ki, anlaşmada Rusiyada 5G texnologiyalarının yaradılması və 2020-ci ilə qədər buna uyğun şəbəkələrin qurulması nəzərdə tutulub. Razılaşma Çin Prezidenti Si Szinpinin Rusiyaya 3 günlük səfəri çərçivəsində imzalanıb. ABŞ-ın hədəf aldığı, Avstraliya və Yeni Zelandiya kimi nəhəng ölkələrin "Huavey" cihazlarından imtina etdiyi bir dövrdə Rusiya ilə əldə edilən bu razılığın şirkətə “ikinci nəfəs” verəcəyi ehtimal edilir.