ABŞ "Haşdi Şabi" qruplaşmasını vurdu — 36 ölü

ABŞ-a aid silahlı birləşmə İraq-Suriya sərhədində İranın dəstəklədiyi "Haşdi Şabi" qruplaşmasına hücum edib.
 
Bu barədə qruplaşmanın üzvü Ketaib Seyid Şuheda yazılı açıqlama verib. Açıqlamada deyilir: "ABŞ silahlı qüvvələri İraq-Suriya sərhədində olan birləşmələrimizi şiddətli top atışına tutub".
Dünən İraqın qərbindəki Ekaşat bölgəsi ilə üzbəüz Suriya torpaqlarında baş verən hücumda çoxsaylı "Haşdi Şabi" üzvü ölüb və yaralanıb.
Qruplaşma hücuma görə İraq hökumətinin səssiz qalmamasını tələb edib: "ABŞ-ın bu hücumu cəzasız qalmayacaq. İraq-Suriya sərhədinin mühafizəsini tələb edirik. ABŞ-ın agentura şəbəkəsi üçün o sərhədləri ələ keçirməsinə icazə verilməyəcək".
Bildirilir ki, hücum nəticəsində 36 silahlı öldürülüb, 80 nəfər isə yaralanıb.
İraq hökuməti və ABŞ rəsmiləri heç bir açıqlama verməyib.