ABŞ-a hansı ölkənin vətəndaşlarına viza verməkdən daha çox imtina edir? - SİYAHI

Baxış sayı:
964

Turist kimi ABŞ-a getmək istəyən Azərbaycan vətəndaşlarının 25,4%-nin  müraciətinə "yox" cavabı verilib.
Muxalifet.az
xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Məlumatda bildirilir ki, keçmiş SSRİ ölkələri arasında viza müraciətlərinə ən çox "yox" cavabı  verilənlər Özbəkistan vətəndaşları olub. ABŞ ölkəyə gəlmək üçün  müraciət edən Özbəkistan vətəndaşlarının 68,06% -nə viza verməkdən imtina edib.
Keçmiş SSRİ ölkələrindən olan Qırğızıstan ikinci sırada yer alıb. Viza üçün müraciət edən Qırğızıstan vətəndaşlarına 67,75%-nə "yox" deyilib.
Keçmiş SSRİ ölkələrindən edilən ümumi müraciətlərdə imtina cavabı alanların payı belə olub:
- Özbəkistan - 68,1 %
- Qırğızıstan - 67,8 %
- Gürcüstan - 63,9 %
- Tacikistan - 61 %
- Moldova - 58 %
- Türkmənistan -  56,3 %
- Ermənistan - 56,3 %
- Ukrayna - 45,1 %
- Qazaxıstan - 42,6 %
- Azərabaycan - 25,4 %
- Estoniya - 24,8 %
- Belarus - 21,9 %
- Latviya - 19 %
- Litva - 18,7 %
- Rusiya - 15,2 %

Onu da bildirək ki, ABŞ Özbəkistan vətəndaşlarından daha çox Yəmən (85%), Somali (81%), İran (87%), Liviya (89%), Şimali Koreya (100%), Palau (100%) və Mikroneziya Federativ Dövlətləri (100%) vətəndaşlarına viza verməyib.
Qeyd edək ki, ABŞ hakimiyyəti ayrı-ayrı ölkələrin vətəndaşlarına vizaların verilməməsinin səbəblərini izah etmir.