ABŞ-ın Gürcüstandakı hərbi bazasına hücum edildi

ABŞ-ın Gürcüstandakı “Fort Stüart“ hərbi bazasında atışma olub. 
Bu barədə məlumat yayan hərbi baza rəsmiləri naməlum bir qadının bazaya atəş açdığını bildiriblər. Olaydan dərhal sonra hərəkətə keçən polis cinayətkarı həbs edib. Hadisə nəticəsində tələfat olmayıb. 
Hələ ki, qadının hadisəni hansı səbəbdən törətdiyi bilinmir.