ABŞ Gürcüstana 64 milyon dollar ayırdı - İNTEQRASİYANIN DƏSTƏKLƏNMƏSİ VƏ...

Baxış sayı:
2332

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) dəyəri 64 milyon dollardan çox olan Gürcüstanın Avro-Atlantik inteqrasiyasına dəstək layihəsinin icrasına başlayır.
Bu barədə Tbilisidə ABŞ səfirliyinin “Facebook” səhifəsində məlumat dərc olunub.
“ABŞ hökumətinin maliyyə dəstəyi ilə USAID/Georgia filialının Gürcüstan iqtisadiyyatının inkişafı və Avro-Atlantik inteqrasiyasının dəstəklənməsi üçün 64 milyon dollardan çox yardıma başlamısını xəbər verməkdən çox məmnunuq. Bu maliyyə Gürcüstan və ABŞ arasında inkişafa dair razılaşmanın bir hissəsidir”, - səfirlikdən verilən məlumatda belə deyilir.