​ABŞ Güləni arzuolunmaz şəxs elan edər, ancaq... - Kuznetsov

Baxış sayı:
9193

ABŞ Fətullah Güləni arzuolunmaz şəxs elan edə bilər, ancaq Türkiyəyə ekstradisiya edəcəyindən şübhə edirəm.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı ekspert Aleksandr Kuznetsov bildirib.
"Güləni Türkiyəyə təhvil vermək ABŞ-ın işinə yaramır. Bu insan Türkiyə-ABŞ əlaqələri haqqında çox şey bilir, xüsusilə gizli münasibətləri də. Həmçinin Gülən ABŞ-ın Türkiyənin daxili işlərinə müdaxiləsi haqqında çox şey barədə məlumatlıdır", - Kuznetsov qeyd edib.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Trampın Ərdoğana Gülənin ekstradisiya məsələsinin işləndiyi barədə məlumat verdiyini deyib.