ABŞ "gözəgörünməz"i inventara daxil etdi

Baxış sayı:
1459

USS Tulsa (LCS-16) gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilib.
Muxalifet.az xəbər verir ki, sözügedən gəmilər radarlara görünməməsi üçün xüsusi cihazlarla təchiz edilib.
Gəminin donanmaya qəbul edilməsi ilə bağlı təntənəli mərasim San-Fransiskoda keçirilib.
USS Tulsa gəmisi donanmada bu sinfə aid sayca 15-ci gəmi olub. ABŞ donanması komandanlığı bu sinfə aid gəmilərin sayını 34-ə çatdırmaq niyyətindədir.