ABŞ-ın “Golan Təpələri” qərarının səbəbi bəlli oldu

Baxış sayı:
5692

İsrailin Fələstin torpaqlarında işğalı artmaqda davam edir, ABŞ prezidenti Donald Tramp isə yəhudilərə vəzifə və güvən verməkdədir. Ötən il Tramp İsrailin paytaxtı olaraq Qüdsü tanımaq və bu şəhərə səfirlik binasını daşımaq qərarından sonra yeni bir qalmaqala imza atıb.
 
İsrailin baş naziri Neyanyahu ilə birgə təşkil etdiyi mətbuat konfransında Donald Tramp, işğal olunmuş Golan Təpələrini İsrail torpağı olaraq tanıyan qərara imza atıb. Bu qərar imzalarkən ABŞ-dan güc alan İsrail Qəzzanı bombalayıb.
 
Qərarın əsas səbəbi
 
“Golan Təpələri” ilə bağlı ABŞ-ın qəbul etdiyi qərarın altından da neft çıxıb.Xəbərə görə, ABŞ-da fəaliyyət göstərən yəhudi şirkəti “Afek Oil and Gas” 2015-ci ildə bölgədə neft tapıb. Şirkət son 3 ildə 10 quyu açaraq işlərini davam etdirir.
Müxalifət.az