ABŞ-ın gizlətdiyi "CƏHƏNNƏM ODU"

Baxış sayı:
595

ABŞ-ın AGM-114R9X “Hellfire” (“Cəhənnəm odu”) məxfi raketi ölkə hüdudlarından kənarda cinayətkarların, terrorçuların dəqiq nöqtə zərbəsi ilə məhv olunması üçün istifadə edilir. Muxalifet.az-ın bildirdiyinə görə bu haqda “The Drive” nəşri yazır. Amerika nəşrinin yazdığına görə, bu raketin sonuncu döyüş tətbiqi bir neçə gün əvvəl-2019-cu ilin dekabr ayında Suriyada olub. Hədəfə bir neçə dəqiq zərbə endirilib və bu zaman mülki əhali ziyan çəkməyib. Qeyd olunur ki, cari ilin yanvarına qədər AGM-114R9X “Hellfire” azı 6 dəfə tətbiq edilmişdi. Bildirilir ki, raketin bir neçə modifikasiyası mövcuddur-R9B, R9E, R9G və R9H. Ehtimal ki, onlardan sonuncusunun ümumiyyətlə, döyüş başlığında partlayıcı komponenti yoxdur. Hərçənd açıq mənbələrdə bu raketlər barədə heç bir məlumat mövcud deyil, bilinən ancaq budur ki, raket pilotsuz təyyarələrdən buraxılır. “The Drive” diqqəti dekabr ayında Suriyanın rayonlarından birində miniven tipli avtomobilə endirilən raket zərbəsinə cəlb edir. Həmin zərbə zamanı AGM-114R9 “Hellfire” raketinin döyüş başlığının altı üzlgüclü penetratordan ibarət olduğu görünüb. Muxalifet.az