ABŞ generalının İranla bağlı açıqlaması suallar yaratdı

Baxış sayı:
391

ABŞ rəhbərliyinin son həftələrdə İranın Suriya və İraqda ABŞ-a aid hədəflərə hücum hazırlığı etdiyi iddiaları ilə bağlı sualları cavablandıran ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiya qüvvələrinin komandan müavini general Ghikanın İran dəstəkli şiə milislərin vəziyyətində hər hansı bir dəyişiklik görmədiklərini ifadə etməsi diqqətdən yayınmayıb.
 
İraq və Suriyadakı Amerikan əsgərlərinə yönəlik artan bir İran təhdidinin söz mövzusu olub olmadığı ilə bağlı bir sualı cavablandıran Ghika, "İraq və Suriyada İran dəstəkli güclərin artan bir təhdidi söz mövzusu deyil. Onların varlıqlarından xəbərdarıq və onlarla birlikdə bir çox qrupu da izləyirik, çünki içində olduğumuz mühit budur" deyib.
Bölgədə söz mövzusu olan təhdidlərə yönəlik təhlükəsizlik tədbirlərini davamlı yenilədiklərini ifadə edən Ghika, ABŞ rəhbərliyinin İran təhdidinə yönəlik açıqlamaları ilə tərs düşdüyü xatırladılınca, bölgədəki aktyorların təşkil etdiyi təhdidlərin zaman zaman dəyişiklik göstərdiyini ifadə edərək Washington ilə Koalisiya qüvvələri arasındakı görüş fərqliliyini gizləməyə çalışdı.
Müxalifət.az