​ABŞ generalından Trampa sərt mesaj: “Yanlış qərar verən, cəzasını da çəkər” - VİDEO

Qanunsuz şəkildə nüvə silahından istifadə etdiyi halda, Trampa qarşı çıxacağını bildirən ABŞ generalı açıqlamaları ilə gündəm olub.
Muxalifət.az musavat.com-a istinadla xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Strateji Komandanlığın rəhbəri Con Hayten açıqlamasında “Yanlış qərar verən cəzasını çəkər” deyə qeyd edib.
General bu fikirləri Kanadada Halifax Beynəlxalq Təhlükəsizlik Forumunda çıxış edərkən deyib:“ABŞ lideri Donald Tramp qanunsuz şəkildə nüvə silahından istifadə edərsə, ona qarşı çıxacağam. Bəziləri axmaq olduğumuzu zənn edirlər. Biz axmaq deyilik. Bunun haqqında çox düşünürük”.

Strateji silahların istifadə edilməsi ilə əlaqədar prosedurları izah edən general mövzu ilə bağlı Trampa məsləhətlər verdiyini söyləyib: “Mən prezidentə mövzu ilə əlaqəli məsləhətlər verirəm, o da mənə nə edəcəyimi söyləyir”.
General Hayten son nitqini çox cəsur ifadələrlə bitirib. O, jurnalistlərin “Əgər Trampın qərarı qanunsuz olarsa” sualına bu cür cavab verib: “Əgər Trampın qərarı qanunsuz olarsa, mən öz üzərimə düşəni edəcəyəm. Ona “Cənab prezident, etdiyiniz yanlışdır, nələr olacağını fikirləşin” deyəcəyəm. O da məndən qanunun nə olduğunu soruşacaq. Beləcə biz qarşılıqlı olaraq anlaşırıq. Burada çətin bir iş yoxdur. Yanlış qərar verən, cəzasını özü çəkər”.

Qeyd edək ki, son günlər ABŞ ilə Şimali Koreya arasında gərginlik daha da artıb. Trampın “qırmızı düymə”yə basacağı ilə bağlı ehtimal üzərində müzakirələr aparılır.