ABŞ generalından prezidentə etiraz: “Trampın qərarına qatılmıram”

Baxış sayı:
9613

CENTCOM-un komandanı general Votel ABŞ prezidenti Trampın Suriyadan çəkilmə qərarına qatılmadığını və terror təşkilatı YPG/PKK-nın İŞİD-la təkbaşına mübarizə aparmağa hazır olmadığını deyib.
 
ABŞ Mərkəz Qüvvələr (CENTCOM) komandanı ordu generalı Cozef Votel ABŞ prezidenti Donald Trampın Suriyadan ABŞ əsgərlərini çəkmək qərarının doğru olmadığını və İŞİD-ın tam olaraq məğlub olmaqdan hələ uzaq olduğunu bildirib.
ABŞ-ın CNN kanalına açıqlama verən Votel, terror təşkilatı PKK/YPG-nin örtüyü olan Suriya Demokratik Qüvvələrini (SDG) nəzərdə tutaraq blokdakı müttəfiqlərinin təkbaşına İŞİD təhdidini bitirməyə hələ hazır olmadığını və ABŞ-ın köməyi olmadan təşkilatı məğlub etməyin mümkün olmayacağını söyləyib.
“Bu məsələdə hələ də köməyimizə ehtiyac duyurlar" - deyə açıqlama verən Votel, ABŞ ordusunun "yaxşı hazırlanmış hərbi bir kampaniya" icrasının hələ də ortasında olduğunu sözlərinə əlavə edib.
Votel, "Yerli tərəfdaşlarımızın bizim köməyimiz olmadan İŞİD-ı məğlub edəcək vəziyyətə gəlməsini istəyirik. Bu təhdidi öz başlarına həll etməsi İŞİD-a qarşı missiyamızın yerinə gəldiyini göstərən başqa bir mühüm meyar olacaq" deyib.
 
BELƏ TÖVSİYƏ ETMƏZDİM
 
Ötən günlərdə ABŞ Senatında çıxış edən və Trampın onunla məsləhətləşmədən çəkilmə qərarını aldığını bildirən Votel, "Suriyadan çəkilmə ilə bu təklifi etməzdim" deyərək qərarın səhv olduğuna işarə edib.
İŞİD-a hərbi təzyiqin davam etməsi lazım olduğunu vurğulayan Votel, “İŞİD-ın hələ də liderləri var, hələ də döyüşçüləri var, hələ də resursları var. Bu üzdən davam edən hərbi təzyiqimizə ehtiyac vardır" deyib.
Qeyd edək ki, ABŞ prezidenti Trampın 14 dekabr 2018-də prezident Rəcəb Tayyib Ərdoğan ilə həyata keçirdiyi telefon danışığı zamanı Suriyadan çəkilmə qərarını alması ölkədə böyük narazılıqla qarşılanmış, müdafiə naziri Ceyms Mattis və İŞİD ilə Mübarizə Üzrə Xüsusi Nümayəndəsi Brett Makgurk qərara etiraz etmək üçün istefa etmişdi.
Müxalifət.az