​ABŞ GENERALI: Rusiya ilə savaş ssenarisi hazırlayırıq

Baxış sayı:
8038

Rusiya ABŞ-ın Avropadakı qüvvələrinin toqquşduğu əsas təhdiddir.
Muxalifət.az xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin komandanı general Kertis Skaparotti söyləyib. Onun sözlərinə görə, Rusiya regional təhlükəsizliyi destabilizasiya etməyə davam edir və II Dünya müharibəsindən sonra Avropada stabilliyi təmin edən beynəlxalq hüquq normalarını pozur:
 “Bizim strateji prioritetimiz Rusiyanın qarşısını almaq və onun Avropadakı müttəfiqlərimizə neqativ təsirinə mane olmaqdır. Amerikalı hərbçilər Avropa dövlətlərinin Rusiya aqressiyasından qorunması ilə bağlı fərqli variantlar işləyib hazırlayır. Bunlar sırasında Rusiya ilə hərbi qarşıdurma ssenarisi də var. Hərbi qüvvələrimiz hələlik Rusiya təhdidi ilə mübarizə üçün yetərli deyil.
Rusiya təkcə Avropada aktiv deyil. O, Yaxın Şərqə də müdaxilə edir. Onun müdaxiləsi ilə Suriyada Bəşər Əsəd rejimi güclənib, İran öz təsirini Levanta regionuna qədər yayıb. Moskva həmçinin Yaxın Şərq ölkələrinə aktiv yardımlar etməklə Səudiyyə Ərəbistanı, Misir, Liviya və Kiprdə öz təsirini genişləndirib. Bu cür güclənmə regional dinamikanın dəyişməsinə gətirib çıxarır, İsrailin təhlükəsizliyinə, Livanın stabilliyinə və ABŞ-ın maraqlarına neqativ təsir edir. Rusiya hazırkı dünya nizamını dəyişməyə cəhd edir”