ABŞ generalı İranı hədələdi

Baxış sayı:
6457

ABŞ Mərkəz Qüvvətlər komandiri Kennet Mckenzie İranı hərbi elementlərini istifadə etmək məsələsində təhdid edib. ABŞ Mərkəz Qüvvələr (CENTCOM) komandiri ordu generalı Kennet Mckenzie Yaxın Şərqdə ən böyük təhdidin İran olduğunu vurğulayaraq "İran rejimi ilə bir müharibədə maraqlı deyilik, amma ortaya çıxacaq ehtimal bir vəziyyətə qarşı qoyacaq şəkildə Yaxın Şərqdə və dünya miqyasında çevik və hər cəhətdən hazır olan bir hərbi gücümüz var" deyib. Mckenzie bu fikirləri Vaşinqton mərkəzli Demokratiyaları Müdafiə Fondunun (FDD) keçirdiyi, "Təhdidlərin öhdəsindən gəlmə: Amerikanın hərbi və siyasi gücünü təkrar canladırmaq" adlı konfransda bildirib. Regional deyil, bölgələr arası Son 10 ildə hərbi münaqişələrin təbiətində köklü bir dəyişiklik baş verdiyinə diqqəti çəkən Mckenzie, "Bizim edəcəyimiz hər hansı bir böyük qarşıdurma çox böyük ehtimalla regional olmaqdan ziyadə regionlar arası olacaq. Sadəcə CENTCOM və ya EUCOM (Avropa Qüvvələri Komandanlığı) və ya INDO-PACOMUN (Hind-Sakit Qüvvələri Komandanlığı) fəaliyyət sahəsində deyil, birdən çox regional müharibə komandanlığın fəaliyyət sahəsinə təsir edəcək" deyə söyləyib. ABŞ-ın hərbi gücünü qlobal bir strategiya ilə modernləşdirilməsi ilə yerləşdirməsi lazım olduğunu vurğulayan Mckenzie, ABŞ Müdafiə Nazirliyinin milli müdafiə prioritetləri ilə paralel olaraq ordunun qlobal bir müharibə rejiminə görə yerləşməsi üzərində çalışdığını qeyd edib. Müxalifət.az