​“ABŞ Əfqanıstan ssenarisini Suriyada təkrarlayır”

Baxış sayı:
3019

ABŞ Suriyada yeni hərbi qruplaşma yaratmaqla Əfqanıstanda etdiklərini təkrarlayır.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib.
“Amerikalılar eyni şeyi 80-ci illərdə Əfqanıstanda etmişdilər. Terrorçular hazırlayıb, onu SSRİ-yə qarşı yönəltdilər. Bugünkü Rusiyanı onlar 30 il əvvəlki kimi özlərinin əsas geosiyasi düşməni sayırlar”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Suriyada “Yeni Suriya Ordusu” adlı qruplaşma yaratdığı haqqında məlumat yayıb. Məlumatda qeyd olunub ki, 750 nəfərlik bu ordunun 400 nəfəri İŞİD-çidir.