ABŞ Fələstindən İsraili tanımasını istədi

ABŞ Fələstindən Qəzza zolağına tam nəzarəti bərpa etməsini və İsraili tanımasını istəyir.
Bu barədə Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt danışıb.
“Bütün tərəflər Fələstinin Qəzza zolağında vətəndaş cəmiyyəti və təhlükəsizlik məsələləri üçün tam, əsl və maneəsiz məsuliyyət daşımasının vacibliyini qəbul edirlər. Biz orada yaşayan fələstinlilərin humanitar vəziyyətinin yaxşılaşdırılması üçün birlikdə çalışırıq. İstənilən Fələstin hökuməti birmənalı və birbaşa şəkildə zorakılıqdan imtina etməli, İsrail dövlətini tanımalı, əvvəlki müqavilələr və tərəflər arasındakı öhdəliklərə, o cümlədən terrorçuların silahsızlaşdırılması və sülh danışıqlarına sadiq olduqlarını bildirməlidir”, - Qrinblatt deyib.