ABŞ Fələstinə yardımı dayandırdı!

Baxış sayı:
1435

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) maliyyə yardımlarını tamamilə dayandırmaq qərarı aldığını bildirib.
 
Məsələ ilə bağlı yazılı açıqlama verən sözçü Nauert, ABŞ-ın UNRWA-ya bundan sonra əlavə heç bir yardım etməyəcəyini açıqlayıb.
Nayert, yanvar ayında ABŞ-ın agentliyə göstərdiyi 60 milyon dollarlıq yardımdan sonra "artıq bu yükün böyük hissəsini təkbaşına etməyəcəklərini açıq şəkildə dilə gətirdiklərini" qeyd edib.
Nayert, agentliyin fəaliyyətindəki problemləri daha əvvəl də dilə gətirdiklərini, ancaq hər hansı bir dəyişiklik olmadığını qeyd edib.
Qərarın bu ayın əvvəlində ABŞ prezidenti Donald Trampın Yəhudi kürəkəni və müşaviri Jared Kuşner ilə dövlət katibi Mayk Pompeo arasında keçirilən bir toplantıda qəbul olunduğunu dilə gətirən mənbələr, Ağ Evin məsələ haqqında əsas regional hökumətləri məlumatlandırdığını qeyd edib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin keçmiş bir məmur olan Dave Harden, etdiyi açıqlamada, "UNRWA-ya maliyyə dəstəyini bir anda və şıltaq bir şəkildə kəsmək, Fələstin rəhbərliyini dağılma nöqtəsinə gətirir. Səhiyyə, təhsil və ən əsası təhlükəsizlik xidmətlərinin İsraillilərin əlinə keçməsinə səbəb olur" deyə, bildirib.
Qeyd edək ki, UNRWA, BMT Baş Assambleyası tərəfindən 1949-da İordaniya, Suriya, Livan, Qərbi İordan və Qəzzadakı Fələstinli qaçqınlara yardım məqsədilə yaradılıb. Hazırda Fələstin daxilində və xaricində 5,9 milyon Fələstinli qaçqın var. BMT Baş Assambleyasının 1948-dəde aldığı 194 saylı qətnamə, Fələstinli qaçqınlardan evlərinə qayıtmaq istəyənlərə icazə verilməsini, geri qayıtmamağa qərar verənlərə də torpaqları üçün təzminat ödənməsini nəzərdə tutur.
Müxalifət.az