ABŞ-ın F-35 proqramını deşifrə əndişəsi: Çavuşoğlundan “S-400” açıqlaması

Baxış sayı:
12223

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu S-400 müzakirəsi ilə bağlı "Bizim hava müdafiə sisteminə təcili ehtiyacımız var" deyib.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu,S-400 hava müdafiə sistemi və F-35 döyüş təyyarələrinə dair açaıqlama verib.
Çavuşoğlunun açıqlamalarından bəzi sətir başları:
“ABŞ-a birgə komissiya yaratmaq təklifi təqdim etdim. ABŞ “Türkiyədə S-400 olsa, F35-in təminat proqramını deşifrə edəcək” deyirlər. Bu gün Suriyada S-400 müdafiə sistemi var. İsrail və ABŞ-ın F35-ləri orada uçur. Əgər deşifrə etmək mümkün olsaydı, indiyə qədər olardı. Biz NATO-nun narahatlıqlarını də nəzərə aldıq. Bizim hava müdafiə sisteminə ehtiyacımız var. Biz də istərdik ki, müttəfiqlərimizdən alaq. Amma müttəfiqlərimiz də bizi dərk etməlidir”.
Müxalifət.az