ABŞ etiraf etdi! Dolların sonunu gətirə bilər

Baxış sayı:
10549

ABŞ Mərkəz Bankının (Fed) sədri Jerome Powell Nümayəndələr Palatasının Maliyyə Xidmətlər Komitəsində etdiyi çıxışında, bu ay faiz endirimi mövzusunda siqnallar verib. Powel Facebook-un bazara daxil etməyə hazırlaşdığı "Libra" adı verilən pul vahidi ilə bağlı ciddi narahatlıqları olduğunu dilə gətirib.
 
Jerome Powell Fed-in iyun ayındakı yığıncağından bu yana ABŞ iqtisadiyyatındakı qeyri müəyyənliyin ticarət gərginliklərinin də təsiriylə artdığını, qlobal iqtisadiyyata bağlı narahatlıqların ABŞ iqtisadiyyatı üzərində təzyiq yaratdığını vurğulayıb.
Powell iyun ayı ilə bağlı güclü məşğulluq məlumatlarının Fed-in baxışını dəyişdirib dəyişdirmədiyi ilə əlaqəli suala, "Sualınıza doğrudan bir cavab verim; xeyr" deyə cavab verib.
 
“LİBRA” QLOBAL DOLLARIN YERİNİ ALA BİLƏR” QORXUSU
 
Facebook-un bazara çıxarmağa hazırlaşdığı "Libra" adı verilən pul vahidi ilə bağlı ciddi narahatlıqları olduğunu dilə gətirən Powell, Fed-in Libra ilə əlaqədar narahatlıqları həll etmə istiqamətindəki səyləri koordinasiya etdiyini söyləyib.
 
"PREZİDENT TRAMP 'GET' DEYƏRSƏ, TƏBİİ Kİ, GETMƏRƏM"
 
Fed rəhbəri Powell ABŞ prezidenti Donald Trampın onu vəzifədən ala biləcəyi ilə bağlı açıqlamaların xatırladılmasından sonra "Prezident Tramp 'get' deyərsə, təbii ki getmərəm. Qanun mənə 4 il boyunca bir müddət verdi və mən bu müddət boyunca xidmət edəcəyəm" deyə söyləyib.
Müxalifət.az