ABŞ esminesi Qara dənizə niyə gəlir? - Rusiyadan reaksiya

Baxış sayı:
9181

ABŞ-ın “Donald Kuk” esminesinin ikinci dəfə Qara dəniz gəlməsi hərbi göstərişdən başqa bir şey deyil.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı ekspert Andrey Boldırev bildirib.
"Donald Kuk"un Qara dənizə daxil olması yeni bir xarakter daşımır. Hər şey 2014-cü ildə NATO-nun tətbiq etdiyi sistem üzrə gedir. Amerika gəmisinin bu dəfəki gəlişində heç bir səbəb axtarmaq lazım deyil", - Boldırev vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın “Donald Kuk” esminesi bu il artıq ikinci dəfədir ki, Qara dənizə doğru yola düşüb.