​ABŞ Ermənistana 140 milyon dollar yardım ayırır – İSLAHATLARA DƏSTƏK…

Baxış sayı:
7717

Birləşmiş Ştatlar Nikol Paşinyanın rəhbərlik etdiyi yeni Ermənistan hökumətində islahatların aparılmasına 140 milyon dollar məbləğində maliyyə yardımının ayrılması məsələsini nəzərdən keçirməyə hazırdır. TASS xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun çərşənbə axşamı Amerikanın Erməni Milli Komitəsinin saytında dərc olunan məktubunda qeyd olunur. "Biz "Minilliyin çağırışları" korporasiyasının xətti ilə Ermənistana qrant ayrılması məsələsini nəzərdən keçirməyə hazırıq. Amma Ermənistan layihədə iştirak etmək üçün ərizə ilə ölkədə baş verən müsbət dəyişikliklər barədə məlumat verməlidir", - deyə məktubda bildirilir.