​ABŞ “erməni soyqırımı”nı tanıyacaq - TÜRKİYƏYƏ NÖVBƏTİ ZƏRBƏ

Baxış sayı:
4249

Hazırkı ABŞ-Türkiyə münaqişəsi bu iki NATO üzrə müttəfiq ölkələr arasında ilk belə hal deyil. Lakin İraqdakı müharibə ilə bağlı anlaşılmazlıqlar, sərt də olsa, diplomatik müzakirələr çərçivəsindən kənara çıxmadısa, Suriyadakı müharibə iqtisadi sanksiyalar kimi kəskin addımlara səbəb oldu.
Türkiyə prezidenti Ərdoğan onları “arxadan vurulan zərbə” adlandıraraq, vurğulamışdı ki, “NATO üzrə müttəfiqimiz tərəfindən Türkiyəyə bu cür düşməncəsinə münasibətə heç bir ağıllı əsas yoxdur”. Bununla bərabər, hədələmişdi ki, “dövlətin uğurunun sirri hər zaman müharibəyə hazır olmaqdadır” və Türkiyə “hərtərəfli müharibəyə hazırdır”.
Aydındır ki, amerikalı rahib Endrü Bransonla bağlı əhvalatı siyasətə heç bir aidiyyatı olmayan adamlar da formal və hətta gülməli səbəb kimi qəbul edirlər. Sözün əsl mənasında Vaşinqtonla Ankara arasında firik ayrılıqları bundan yüz dəfə ciddidir. Onların əsas səbəbi odur ki, Türkiyə Yaxın Şərqdə həddən artıq müstəqil siyasət aparmağı özünə rəva görüb və praktiki olaraq ABŞ-ın maraqlarını nəzərə almayıb. Elə həmin vaxt da gözlənilmədən Ankara ilə Moskva arasında dostluq münasibətləri yaranıb. Bu hal Vaşinqtonu heç cür qane etmir və müxtəlif səbəblər yaranır.
Bu günlərdə isə konqresmen Ted Lyu prezident Trampı “erməni soyqırımı”nı tanımağa çağırıb. Aydındır ki, Vaşinqton üçün “soyqırımı” məsələsi çoxdan bəri Ankaraya təzyiq alətidir. Son on il ərzində Türkiyəni daim ABŞ-ın qondarma məsələni tanıması ilə hədələyirlər. Lakin Türkiyənin də cavab imkanları yox deyil.
“Əgər Konqres “soyqırımı”nın tanınması məsələsinə qayıdarsa, Türkiyənin bu şantaja veriləcək cavabı var. Məsələn, amerikalıların Suriyada və Əfqanıstanda logistik dəstəyinin böyük hissəsi Türkiyədən asılıdır. Biz bu dəstəyi kəsməli olacağıq”, - nüfuzlu türkiyəli jurnalist Əhməd Hakan deyib.