ABŞ embarqonun meyvəsini toplayır! Tramp cibini doldurur

Baxış sayı:
7702

İrana nüvə bəhanəsi ilə embarqo qərarı verən Donald Tramp, gerçəkdə isə bundan istifadə edərək cibini doldurur.
 
Belə ki, ABŞ-dan Avropaya xam neftin ixracı İrana qarşı sanksiyalar tətbiqindən sonra yanvar ayında rekord səviyyəyə çatıb.
ABŞ Rusiya və İraqdan sonra Neft İxracatçı Ölkələr Təşkilatında (OPEK) 630 min barrel xam neft satmaqla üçüncü ən böyük ixracatçı olub.
 
RƏQƏMLƏR EMBARGONU AÇIQLAYIR
 
“Refinitiv Eiko”-nun neft ticarət məlumatlarına görə, ABŞ 2018-ci ildə xam neft ixracını iki dəfə artırıb və gündə 430 min barelə çatıb. Bu rəqəm Tehranın Vaşinqtona tətbiq etdiyi sanksiyalardan əvvəl İranın Avropaya ixracına bərabərdir.
 
2019-da daha da artacaq
 
ABŞ administrasiyası 2019-cu ildə gündəlik xam neftin 12 milyon barelə qədər artacağını proqnozlaşdırır. Bu rəqəm gündə 15 milyon barelə, bütün neft məhsullarını da nəzərə alsaq gündəlik 20 milyon barelə çatacaq.
Bu səviyyə də gündə 18-19 milyon barelə ehtiyacı olan ölkənin özünü təmin etməsi anlamına gəlir.
Müxalifət.az