​ABŞ eksperti: "Ermənistan hökuməti bütün dünyaya təhdiddir"

Ermənistan hökuməti bütün dünyaya təhdiddir.
Muxalifət.az 
trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-dan olan siyasi təhlilçi Piter Teys Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Ermənistan Azərbaycan xalqına çox əziyyətlər verib, Azərbaycanın etno-mədəni irsini dağıdıb, ölkənin ətraf mühitinə böyük zərər verib: "Təəssüflər ki, Azərbaycan terrorist hökuməti olan Ermənistanla qonşudur. Mən öz araşdırmama əsasən deyə bilərəm ki, Ermənistan hökuməti Avropaya, bütün dünyaya bir təhdiddir. Təəssüflər olsun ki, Avropa İttifaqı, ABŞ və dünyanın əsas gücləri Ermənistan tərəfindən günahsız Azərbaycan xalqına qarşı törədilən bütün bu insanlıq əleyhinə zorakılıqlara sakitlik nümayiş etdirir. Mən dünya ictimaiyyətini Ermənistanın faşist rejimi tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərə diqqət yetirməyə çağırırram".