ABŞ-a edilən qalmaqal təklif Yunanıstanı qarışdırdı!

Baxış sayı:
1900

Yunanıstanın müdafiə naziri Panos Kammenosun, ABŞ-lı həmkarı Cim Mattisə, Volos, Larisa və Dedeağaç (Aleksandrupolis) şəhərlərində 3 hərbi baza yaradılması təklifi, Afinada koalisiya hökumətində gərginliyə yol açıb.
 
Koalisiya hökumətinin böyük tərəfdaşı və baş nazir Aleksis Çiprasın lideri olduğu Radikal Sol Koalisiya (SYRİZA) partiyasının deputat Yorgo Kiriçi, "Hökumətin elə bir planlaşdırması yoxdur. SYRİZA da qətiyyən razı deyil. ABŞ-ın bölgədəki əməlləri üçün Yunanıstanı təcavüz nöqtəsi kimi istifadə etməsinə qarşıyıq" deyib. Parlamentin rəhbəri Nikos Vuçis, narazılığını "Təəccübləndim. Heç bilmirdim" sözləri ilə dilə gətirib. Baş nazir Çipras da Kammenosdan açıqlamaları haqqında məlumat istəyib. Kammenos dünən Twitter hesabında, "Bu bazalar onsuz da fəaliyyət göstərir" - deyə yazıb.
Müxalifət.az