​ABŞ-ın dünyanı aldatma siyasəti: Hər dönəm...

Baxış sayı:
12913

Vaşinqtonun Əfqanıstandakı amerikalı hərbçilərinin sayının azaldılması ilə bağlı planları Pentaqon və ABŞ-ın özəl hərbi şirkətləri arasında baş verən mübarizənin təzahürüdür.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Aleksandr Perenciyev deyib.
O bildirib ki, əslində Ağ Ev hərbçiləri Əfqanıstandan çıxarmağa maraq göstərmir:
“ABŞ bu yöndə qərarları ənənəvidir. Hər dönəm bu kimi açıqlamalar verilərək, dünya ictimaiyyətinin reaksiyası yoxlanılır. ABŞ Əfqanıstan kimi strateji önəmə sahib bölgəni tərk etməz”.
Qeyd edək ki, CNN televiziyası Ağ Evə istinadən Əfqanıstandakı amerikalı hərbçilərinin təxminən yarısının ölkədən çıxarılacağını bildirmişdi.