ABŞ dəstəkli PKK-nın YENİ PLANI: HDP DƏ PLANIN BİR PARÇASIDIR

PKK terror təşkilatı yeni bir plan həyata keçirməkdədir. Bu dəfə də planın içində PYD terror təşkilatı və HDP var.
Artıq onlar maskalarını atıblar, hamısı əl-ələ son “kozır”larını oynamağa çalışırlar.
Öcalanın üzərində qurulan bu plan birbaşa ABŞ-da hazırlanıb.
Rakkada asılan Öcalan portretləri də yeni planın bir hissəsi idi.
İŞİD Rakkanı təslim edəndən sonra meydanda Öcalanın portretləri ilə keçirilən bayram PYD-nin bir PKK olduğunun etirafı idi. Bu, həm də dünyaya bir mesaj idi.
ABŞ-ın inkar etməsinə baxmayaraq, Vaşinqtonun nümayəndəsi Brett Makqurkun da qatıldığı bayramda Öcalanın portretlərinin asılması bir təsadüf əsəri deyil, birbaşa ABŞ-ın məlumatları və təlimatları ilə həyata keçirilmişdi.
Bu gün kimsəyə sirr deyildir ki, PYD terror təşkilatının daxilində kürddən çox Qərb terroristləri var. Və onların başında Amerikalılar gəlirlər.
Rakkadakı “bayram”dan bir gün sonra, PYD-yə qoşulmuş iki Amerika və Kanada terroristi kamera önünə keçərək, Öcalan üçün "bizim liderimiz, mümkün qədər tez buraxılmalıdır" mesajını veriblər.
ABŞ rəhbərliyi bu gerçəyi inkar etsə də, PYD-nin Amerikalı terroristi Bass "PYD və PKK eyni təşkilatdır" mesajını bütün dünyaya sosial şəbəkədən hayqırmışdı.
Bütün bunlara rəğmən PKK/PYD Türkiyədə, Suriyada və İraqda böyük aşınmaya məruz qalıb. Buna görə də yeni strategiya qəbul edildi və buna ABŞ və Avropadan dəstək veriləcək.
Bundan sonra Qərb ictimaiyyətində PKK terrorçubaşının təcriddə olduğunu, onun hər an ölə biləcəyini, bu səbəblə də dərhal azad olunması ilə bağlı rəy yaratmaq və bu yöndə Türkiyədə yeni bir xaos mühiti formalaşdırmaqla aranı qarışdırmaq istəyirlər.
Burada iki hədəf güdülür.
Qərbin dəstəyi ilə Öcalan üzərindən ictimai psixoz vəziyyətində xalqı küçələrə tökmək və xaos mühiti yaratmaq istəyirlər. Bu üsulları əvvəllər də sınadılar, amma bacarmadılar. Əgər bu dəfə də bacara bilməsələr onda PKK-nı ABŞ-ın və Avropanın terrorçu siyahısından çıxarmağa çalışacaqlar.
Çünki artıq əllərində başqa heç bir alternativ qalmadı. Belə ki, Qərbin Türkiyə üzərində illərdir istifadə etdiyi iki silahı var idi, biri FETO, digəri isə PKK idi və ikisi də əllərində partladı.
Əvəzində isə İraq və Suriyanın şimalında Türkiyəyə yönəlik xeyli uğurlar və perspektivlər vardır.
Bu vəziyyət qarşısında Qərb Türkiyəyə qarşı müxtəlif həmlələrdən və legitimləşmiş PKK-dan istifadə edəcək.
Müxalifət.az