ABŞ dəstək verməsəydi, kürd qüvvələr... - Zinin

Baxış sayı:
7816

Suriyanın şimalındakı kürd qüvvələr ABŞ-ın hərbi, siyasi və mənəvi dəstəyini hiss edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Yuri Zinin ötən gün bələdiyyə seçkilərindəki qələbədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya məsələsinin meydanda mütləq həll ediləcəyi barədə mesajını şərh edərkən bildirib.
"Kürd qruplar ABŞ-ın dəstəyinə güvənir. Kürdlər ABŞ-ın dəstəyini hiss edir və bundan istifadə edir. Əks halda, müəyyən səviyyədə hərbi potensiala sahib ola bilməzdilər", - Zinin deyib.