ABŞ dövlət katibindən “Türkiyə” açıqlaması

Baxış sayı:
7864

ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo Türkiyənin S-400 alışı ilə bağlı etdiyi açıqlamada, Türkiyəyə sanksiya tətbiq olunması lazım olduğunu söyləyib. “Euronews”-un “Vaşinqton Post”-a istinadən verdiyi xəbərdə, ABŞ Xarici İşlər naziri Mayk Pompeonun verdiyi bəyənatda, "Qanunlar sanksiya tətbiqi tələb edir və əminəm ki, bu qanunlara uyğun davranacağıq. Prezident Tramp da bu qanunlara uyğun davranacaq" dediyi ifadə edilib. Tramp "Türkiyə haqlıdır" demişdi Yaponiyada təşkil edilən G-20 Zirvəsində Ərdoğan ilə görüşən Tramp iki ölkə arasında yaşanan S-400 böhrana görə özündən əvvəlki prezident Barak Obama rəhbərliyini məsul tutmuşdu. İkili görüşdən sonra mətbuat açıqlaması edən Tramp, "Prezident Ərdoğan Obama rəhbərliyindən “Patriot” almaq istədi, lakin icazə verilmədi. Bu dəfə Rusiya ilə S-400 almaq üçün müqavilə bağladı və pul ödədi. Obama dövründə Türkiyəyə ədalətli davranılmadı" demişdi. Müxalifət.az