ABŞ dövlət katibi Pompeodan İRAN XALQINA ÜSTÜÖRTÜLÜ MESAJ

Baxış sayı:
7522

ABŞ-ın dövlət katibi Mayk Pompeo, "İran xalqının, ölkələrinin bu şəkildə davranmasını sona çatdıracaq bir yol gördüyü təqdirdə, o yolu seçəcəyinə inamım tamdır" deyə, bildirib.
 
ABŞ dövlət katibi Pompeo, ABŞ Xarici İşlər Nazirliyində təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
ABŞ-ın İrana təqdim etdiyi 12 maddəlik xartiyanın yerinə yetirilməsinin imkansız olmadığını bildirən Pompeo, "Şərtlərimizin həyata keçirilməsinin mümkün olmadığına dair xəbərlər gördüm. Biz asan şərtlər təqdim etdik və açığını desək, dünyadakı bir çox ölkələr bununla əlaqəlidirlər"- deyib.
Xəbərə görə, Pompeo, İran xalqının da ABŞ-ın bu istəklərini bölüşdüyünü iddia edərək, "İran xalqının, ölkələrinin bu şəkildə davranmasını sona çatdıracaq bir yol gördüyü təqdirdə, o yolu seçəcəyinə inamım tamdır" deyə, söyləyib.
Qeyd edək ki, ABŞ dövlət katibi Pompeo, İrandan nüvə silahı istehsalını dayandırması və Yaxın Şərqdəki "terror qruplarına" dəstəyini kəsməsini tələb etmişdi.
İranla yeni bir müqavilənin imzalanmasının lazım olduğunu vurğulayan Pompeo, müqavilədə yer alması üçün 12 maddəlik şərt təqdim etmişdi.
ABŞ-ın İrana təqdim etdiyi 12 maddəlik şərt arasında, İranın uran istehsalını başa vurmasından, Suriyada, Yəməndə dəstəklədiyi qruplara dəstəyini kəsməsinə qədər fərqli tələblər var.
ABŞ, qeyd olunan şərtlərin yerinə yetirilmədiyi təqdirdə isə İranı tarixin ən sərt sanksiyaları ilə təhdid edib.
Müxalifət.az