ABŞ dövlət katibi Pompeodan BƏYANAT: "Ukrayna ABŞ-ın layihəsidir və... "

Baxış sayı:
2416

ABŞ dövlət katibi Mayk Pompeo Berlində keçirilən mətbuat konfransında bəyan edib ki, “Ukrayna ABŞ layihəsidir”. O, ABŞ-Ukrayna münasibətləri haqda suala belə cavab verib: “Bu bizim layihədir və onun üzərində işləyirik”.

Dövlət Departamentinin rəhbəri amerikalıların Ukraynada sabitlik yaratmaq ideyasına “çox sadiq olduqlarını” vurğulayıb və əlavə edib ki, dövlət başçısı Donald Tramp Kiyevə “Rusiya təcavüzündən” qorunmaq üçün üç dəfə silah verib.
"Biz bununla fəxr edirik. Düşünürük ki, bunun - azadlıq, Avropa, Ukraynada sülh və suverenlik üçün çox mənası var",  deyə Pompeo bildirib.
Xatırladaq ki, Rusiya hakimiyyəti xarici dövlətlərə Ukraynaya silah tədarükü barədə dəfələrlə xəbərdarlıq edib, çünki bu Donbassdakı münaqişəni qızışdıra bilər və Minsk razılaşmalarının icrasına mane ola bilər.
Muxalifet.az