ABŞ-ın dövlət katibi: “İRANDA REJİMİ DƏYİŞMƏK NİYYƏTİNDƏ DEYİLİK”!

Baxış sayı:
3724

ABŞ-ın dövlət katibi Mayk Pompeo Tramp administrasiyasının İranda rejimi dəyişmək niyyətində olmadığını bildirərək, məqsədin İranın normal bir ölkə kimi davranmasına nail olmaq olduğunu bildirib.
 
Senatın Xarici Əlaqələr Komitəsində danışan Pompeo administrasiyanın İrana qarşı sanksiyalarını doğru addım adlandırmala yanaşı, bunun “İranı pis əməllərdən” çəkindirmək sərvətdən məhrum etmək mahiyyəti daşıdığını deyib.
Dövlət katibi dünən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ABŞ-ın müttəfiqləri ilə görüşüb, İranla bağlı növbəti addımların müzakirə ediləcəyini bildirib.
O, Avropa rəsmiləri də daxil edilməklə, danışıqların iyunun əvvəllərindən ortalarınadək keçiriləcəyini bəyan edib.
Planlaşdırılan görüş Trampın İranla nüvə sazişindən çıxmasından sonra keçiriləcək.
Müxalifət.az