ABŞ donanması Çin sularında - Gərginlik PİK HƏDDƏ çatdı

Baxış sayı:
5878

Vaşinqton-Pekin xəttində Cənubi Çin dənizi böhranı yenidən baş qaldırıb.
ABŞ donanmasına aid iki döyüş gəmisi mübahisəli bölgəyə yaxınlaşıb.
Çinin Xarici işlər naziri Qenq Şuanq məsələ ilə bağlı verdiyi açıqlamada Amerikanın həmləsini təxribat adlandırıb. O, təxribatın Çinin suverenliyinə qarşı olduğunu və Cənubi Çin dənizində sülhü, nizamı və güvənliyi təhlükəyə atdığını bildirib. Nazir gəmilərin dərhal bölgədən uzaqlaşdırılmasını tələb edib.
Qeyd edək ki, Cənubi Çin dənizindəki mübahisəli bölgədə 2018-ci ili oktyabr ayında Amerika və Çin gəmiləri qarşı-qarşıya gəlmiş, artan gərginlik səbəbilə həmin dövrdə ABŞ-ın Müdafiə naziri olan Ceyms Mettisin Pekin səfəri ləğv olunmuşdu.
Son dövrdə pik həddə çatan gərginlik ABŞ-Çin ticarət münasibətlərinə yeni mövqe gətirib. ABŞ prezidenti Donald Tramp son olaraq Çin məhsullarına əlavə dəyər vergisi tətbiq olunması ilə bağlı qərar qəbul etmişdi./Publika.az