ABŞ-ın ədliyyə naziri istefa etdi: TRAMPDAN İLK REAKSİYA

Baxış sayı:
484

ABŞ-ın ədliyyə naziri Jeff Session, prezident Donald Trampun tələbi ilə vəzifəsindən istefa etdiyini açıqlayıb.
 
İstefa edərkən ədliyyə naziri istefa məktubunda “Cənab prezident, sizin istəyinizlə vəzifəmdən istefa verirəm. Mən bu fürsəti verdiyiniz üçün sizə təşəkkür edirəm” deyə istehza ilə Trampın nə qədər arzuolunmaz bir rəhbər olduğuna işarə edib və istefanı bir fürsət kimi dəyərləndirib.
Session, nazirlikdə vəzifə müddətində böyük bir coşğuyla çalışdığını vurğulayıb və bütün komanda yoldaşlarına təşəkkür edib.
 
TRAMPDAN İLK MESAJ
 
Digər tərəfdən Trump, Twitter hesabında bir paylaşma edərək “Ədalət naziri Jeff Session-a vəzifəsinə görə təşəkkür edirəm və xoş niyyətlərimi bildirirəm. Bu vəzifəyə təyin olunacaq şəxs yaxın zamanlarda müəyyən olunacaq” deyə qeyd edib.
Müxalifət.az