ABŞ diplomatından ŞOK ETİRAF: YPG elə PKK-dır, Türkiyəni incitdik

Baxış sayı:
7615

YPG-nin PKK-nın davamı olduğu açıq-aydındır. ABŞ İŞİD-lə mübarizədə YPG adı altında fəaliyyət göstərən PKK ilə çalışdı və nəticədə Türkiyə ilə əlaqələrimizə mənfi təsir göstərdi.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Dəməşqdəki keçmiş səfiri Robert Ford çıxış edib.
“ABŞ-ın Suriyadan geri çəkilməsinin suriyalı kürdlərə bir xəyanət olduğunu düşünmürəm. Bölgədə kürdlərlə ərəblər arasında bir çox problemlər var. YPG-nin varlığı isə bu problemləri azaltmayıb, İŞİD də bu vəziyyətdən istifadə edib”, – Ford qeyd edib.