ABŞ-dan YPG-PKK terrorçularına daha 200 TIR hərbi yardım

Baxış sayı:
10711

 ABŞ İraq sərhədindən Suriyadakı terror təşkilatı YPG/PKK işğalında olan Deyrizor rayonuna təxminən 200 TIR hərbi yardım daşıyıb.
 
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İraqdan Suriyadakı YPG/PKK-nın işğal etdiyi Deyrizor rayonuna təxminən 200 TIR hərbi yardım, tikinti materialı və texnikalar göndərib.
Yerli mənbələrdən alınan məlumata görə, ABŞ dünən İraq-Suriya sərhədində Simelka keçid məntəqəsindən YPG/PKK işğalı altında olan bölgəyə təxminən 200 TIR tikinti materialı və texnikaları daşıyıb.
Mənbələr TIR-ların Deyrizordaki “Ömər” neft sahəsinə çatdığını, buranı mərkəz kimi istifadə edərək fərqli nöqtələrə məhz buradan paylamşdırma olacağını deyib.
Material və iş texnikalarının YPG/PKK işğalındakı məskunlaşmaların inzibati idarələrinə çatdırılacağı bildirilib.
Mənbələr YPG/PKK-nın iş maşınlarını tunel qazma fəaliyyəti üçün istifadə edə biləcəyinə diqqəti çəkib.
Terror təşkilatı Türkiyə sərhədi xəttində qərbdən şərqə doğru Münbiç, Aynul-Arab (Kobani), Tel Abyad, Rasulayn, Qamışlı və Malikiyyədə də sözügedən fəaliyyətini davam etdirir. Son olaraq 15 apreldə təşkilatın qazıntı işlərini bu bölgələrdə lentə almışdı.
 Qeyd edək ki, təşkilat hazırda Suriya ərazilərinin üçdə birini işğalında tutur.
Müxalifət.az