ABŞ-dan yeni “Suriya” təklifi

Baxış sayı:
4639

 Beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ Suriyada müşahidəçi missiyasını davam etdirərək YPG-li terrorçulara qalxan olmağın hesablarını aparır.
 
Suriyadan çəkilmə qərarı alan Amerika Birləşmiş Ştatları ölkənin şimal-şərqində müşahidəçi missiyasının açılması variantını NATO müttəfiqləri ilə müzakirə etdiyini açıqlayıb.
Mövzunu gündəmə gətirən ABŞ-ın keçmiş müdafiə naziri Cim Mattisin istefası ilə boşalan ABŞ-ın müdafiə naziri vəzifəsini əvəz edən Patrik Şanahan olub.
 
“BEYNƏLXALQ KOALİSİYA QALSIN” TƏKLİFİ
 
Şanahan Brüsseldəki NATO Müdafiə Nazirləri görüşü ərəfəsində verdiyi açıqlamada, "ABŞ-ın Suriyadan çəkilməsindən sonra təhlükəsizlik və sabitliyin necə təmin ediləcəyi" məsələsində müttəfiqlər arasında danışıqlar aparıldığını qeyd edərək, "Bu baxımdan İŞİD-la mübarizə beynəlxalq koalisiyası qəti bir seçimdir" deyə söyləyib.
Qeyd edək ki, NATO Suriyada birbaşa iştirak etməsə də, Türkiyədə yerləşən AWACS kəşfiyyat təyyarələri ilə beynəlxalq koalisiyaya dəstək verir. NATO həmçinin ötən il İraqda təhlükəsizlik güclərinin təlimi üçün bir proqram başlamışdı.
Müxalifət.az