ABŞ-dan yeni PKK/YPG qalmaqalı

Baxış sayı:
3064

Terror təşkilatı PKK-nın Suriya qoluna hər fürsətdə dəstək verib, İŞİD bəhanəsi ilə silah yardımı edən və terror təşkilatı olmadığını dilə gətirən ABŞ, yeni bir qalmaqala imza atıb.
 
ABŞ Qazilər günü münasibətilə, terror təşkilatının işğalı altında olan Münbiç şəhərində Amerikalı komandir və əsgərlərin iştirak etdiyi bir yemək ziyafəti təşkil edilib. Suriya PKK-sının terrorçubaşlarından Şervan Dərviş və terror təşkilatına yaxın jurnalistlər verilən yemək ziyafətinin fotoşəkillərini sosial mediadan paylaşıb.
 


 Fotonun ən sağındakı təşkilatın terrorçubaşlarından Şervan Dərviş-dir.
 
Fotolarda PKK-lı yüksək səviyyəli terrorçuların ABŞ-lı komandan və əsgərlərlə eyni masada yemək yediyi görünür.
Müxalifət.az