ABŞ-dan xəritə qalmaqalı! İlk görüntünü göstərdilər

Baxış sayı:
6733

 ABŞ prezidenti Donald Tramp 25 martda Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi görüşdə, "Holan Təpələri üzərində İsrailin suverenliyini ABŞ-ın rəsmən tanıdığını" elan edən prezident fərmanını imzalamışdı. ABŞ-ın xəritələrində bu bölgə İsrail torpağı olaraq yer almağa başlayıb.
 
ABŞ prezidenti Donald Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Jason Greenblatt Twitter hesabından "Golan Təpələri üzərində İsrail suverenliyini tanıyan bir açıqlama verdikdən sonra beynəlxalq xəritə sistemimizdə yeni əlavəyə xoş gəlmisiniz" paylaşması edib.
Greenblatt @POTUS (Trampın hesabı) hesabını da nişanladığı bölgüsündə həmin xəritəni bir də vizual olaraq bölüşüb.

Müxalifət.az