​ABŞ-dan vətəndaşlarına çağırış: Bu ölkəni tərk edin!

ABŞ-ın diplomatik missiyası Somalinin paytaxtı Moqadişuda artan təhdidlərlə bağlı vətəndaşlarına çağırış edib.
Muxalifet.az xəbər verir ki, məlumatda Moqadişudakı hava limanında amerikalılara qarşı təhdidlərin artdığı bildirilib.
Təhlükəsizliklə bağlı amerikalıların Somalini tərk etmələri tövsiyə edilib.