ABŞ-dan “VİZA” BÖHRANI İLƏ BAĞLI MÜHÜM QƏRAR

 ABŞ-dan bir nümayəndə heyətinin viza böhranının həlli üçün gələn həftə Türkiyəyə gəlməsi gözlənilir.
Müxalifət.az bildirir ki, bu barədə Türkiyə KİV-i xəbər verib.
Məlumata görə, ABŞ-dan bir heyət viza böhranının həlli üçün Türkiyəyə gələcək. ABŞ nümayəndə heyətinin önümüzdəki həftə Türkiyədə olması gözlənilir.
Bu faktın özü də göstərir ki, ABŞ “viza” böranından daha çox, Vaşinqtona casusluq edən və FETO-ya bağlı olan səfirliyin türk əməkdaşlarının həbsindən və bu istintaq araşdırmalarının ortaya çıxara biləcəyi nəticələrdən çox narahatdır. Ona görə də bu təcili heyətin Türkiyəyə göndərilmə qərarı almaqla ABŞ bu prosesin qarşısını almaq istəyir. Əslində “viza” sanksiyası da məhz buna yönəlik bir qərardır ki, danışıqlarda bazarlıq predmeti olaraq istifadə olunsun.
Müxalifət.az