ABŞ-dan Venesuelaya növbəti qadağa

Baxış sayı:
8353

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kevin McAleenan Venesueladakı vəziyyətin sərnişinlərin, təyyarə ekipajının təhlükəsizliyini təhdid etdiyi üçün Venesuelaya bütün kargo və sərnişin təyyarə reyslərinin ləğv edildiyini bəyan edib.
 
ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeonun sözlərinə görə, bu qərar Venesuelada davam edən siyasi qeyri-sabitlik və artan gərginliyə əsaslanır və bu qərar bu ölkəyə uçuşların qaçılmaz təhlükəsi ilə də bağlıdır.
Bəyanatda bildirilir ki, Venesuelada şərtlər yaxşılaşana qədər uçuşlar dayandırılacaq.
 
MADURODAN UÇUŞUN DAYANDIRILMASINA CAVAB
 
Venesuela prezidenti Nikolas Maduro ABŞ ilə hava əlaqələrini qadağan edən qərarı qınayıb. Maduro, "Onlar özlərinə zərər verdilər, ticarət təyyarələrini qadağan edərək hərəkət azadlığına hücum etdilər. Siz, cənab Donald Tramp, Venesuelalıların və dünyadakı ticari uçuşların azad hərəkətinə hücum etdiniz" deyib.
Müxalifət.az