ABŞ-dan Venesuelaya fərqli baxış – Amerikalı alim yazdı

Baxış sayı:
5110

Viskonsin Universitetində çalışan ABŞ-Latın Amerika münasibətləri mütəxəssisi tarix professoru Patrik İber Venesuela böhranında ABŞ-ın konstruktiv rolunun olmadığı, əksinə, Vaşinqtonun rejim dəyişikliklərində etibarlı tərəfdaş olmadığını qeyd edib.
 
İber “New York Tayms”-da dərc olunan "ABŞ-ın Venesueladan kənarda qalması lazımdır" başlıqlı məqaləsində, ABŞ-ın son əsrdəki Latın Amerika ölkələrinə yönəlik siyasətini dəyərləndirib.
İber, "ABŞ-ın Venesuelanın siyasi böhranında oynayacağı heç bir konstruktiv rolu yoxdur. Maduro haqqında kim nə edərsə etsin, Vaşinqtonun rejim dəyişikliyi üçün etibarlı bir ortaq olmadığı bəllidir".  Deyə qeyd edib.
 ABŞ-ın 20-ci əsr boyu "arxa bağça" gördüyü Latın Amerika ölkələrinə bir çox müdaxilə etdiyini xatırladan müəllif, təsirlərinin isə regionda demokratiyanın yenidən qurulması və siyasi vəziyyəti irəli aparmaq əvəzinə, adətən "demokratiya və sabitlikdən kənar" şəkildə nəticələndiyini qeyd edib.
 
VAŞINGTONUN ƏL UZATMASI FAYDADAN ÇOX ZƏRƏR GƏTİRİR
 
 Professor İber Venesuelada hazırda yaşanan iqtisadi böhran və narazılığın gerçək olduğuna işarə edərək, “Bu, müxalifət üçün kövrək bir vəziyyətdir. Vaşinqton əl uzatmağa hazırdır və bunu edir, ancaq Latın Amerika tarixində bir çox dəfə olduğu kimi, bunun xeyirdən çox zərəri ola bilər" deyə xəbərdarlıq edib.
ABŞ müdaxiləsinin Venesuelada demokratiyaya dinc keçid üçün ən çox ehtiyac duyulan "milli həmrəylik" ehtimalını azaldacağını qeyd edən İber, "Con Bolton və Elliot Abramsa borclu bir hökumətə yalnız Venesuelada şübhə ilə baxılmayacaq, razılaşma prosesində hansı siyasi aktyorun qəbul edilməsi barədə Vaşinqtondakı neo-mühafizəkarların basqılarına da məruz qalacaq" deyib.
 İber məqaləsin bu sətirlərlə başa çatdırıb:
“Venesueladakı vəziyyət heç şübhəsiz çətindir, amma Latın Amerikaya gəldikdə, Vaşinqtonun çətin vəziyyətləri daha da ağırlaşdırması məsələsində uzun bir keçmişi var. Venesuela hazırda ABŞ-ın seçimində rol oynamaması lazım olan mövcud hökumətdən daha yaxşısını haqq edir".
Müxalifət.az