ABŞ-dan Türkiyəyə yeni təhdid

Baxış sayı:
6844

 Türkiyə ilə Rusiya arasındakı S-400 hava müdafiə sistemi sazişi ABŞ-ı narahat etməyə davam edir. ABŞ Müdafiə Nazirliyindən məsələyə dair yeni açıqlama verilib.
 
S-400 müdafiə sistemlərinin təhvil verilmə tarixinin yaxınlaşması ABŞ-ın hədələrini artırmasına səbəb olur. Xüsusilə Müdafiə Nazirliyi davamlı olaraq Türkiyəyə qarşı F-35-lər üzərindən dəyənək göstərməyə çalışır.
ABŞ-ın Müdafiə naziri vəkili Patrik Şanahan Ankaranın Rusiyadan satın aldığı S-400 müdafiə sistemi mövzusu ilə bağlı Türkiyəylə problemin hələ tam həll olunmadığını, ancaq ünsiyyətin əvvəlki dövrə nisbətdə daha yaxşı olduğunu deyib.
 
F-35 LAYİHƏSİNDƏN ÇIXARARIQ
 
 Bəzi ABŞ rəsmiləri Türkiyə ilə yaşanan F-35 mübahisəsində də Amerikanın layihədə Türkiyənin yerini ala biləcək başqa ölkələr olduğu mesajını vermişdi. Patrik Şanahan ötən həftə F-35 döyüş təyyarələrinin istehsalçı firması olan Lockheed Martinin rəhbərləri ilə bir araya gəldiyini açıqlayıb. Şanahan "Əgər bu vəziyyətə çarə tapmasaq, o zaman işin irəliləməsi üçün planlarımızı həyata keçirmək məcburiyyətindəyik. Bu planları həyata keçirmək məcburiyyətində qalarsınız ya yox, bunu bilməzsiniz, amma yaxşı planımız olduğundan əmin olmaq məcburiyyətindəsiniz, elə deyilmi" deyə bildirib.
Patrik Şanahan "Əgər Türkiyə S-400 qərarında qətiyyətli isə, biz də Türkiyəni bu layihədən çıxarmaq məcburiyyətində qalarıq" - deyib.
 
STRATEJİ TƏRƏFDAŞLIQ VURĞUSU
 
 Şanahana "S-400 məsələsində Türkiyə ilə əlaqələr hazırda hansı vəziyyətdəsiniz? Bir razılığa gələ bildinizmi" deyə sual verilib. Şanahan, "Bir razılığa gəlməmişik. Ancaq Türkiyə ilə daim danışırıq. Çünki onlarla paralel olaraq Suriya məsələsində də çalışırıq. İnsanların eyni anda çoxlu görüşlər keçirərək müxtəlif səviyyələrdə irəli və ya geri getməsinin mümkün olduğunu, ancaq hələ də strateji tərəfdaş olduğumuzu dərk etməsi mühümdür" cavabını verib.
Müxalifət.az